İsrail Suriya və İranın 12 hərbi obyektinə zərbə endirib

Bakı. 10 fevral. REPORT.AZ/ İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar fevralın 10-da Dəməşq yaxınlığında Suriya və İranın 12 hərbi obyektinə zərbə endirib.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bunu İsrail ordusunun mətbuat katibi Yonatan Konrikus bildirib.

Suriya KİV-in məlumatına əsasən, hava zərbəsi endirilən obyektlərdən birinin Suriya mühafizə qoşunlarının 104-cü briqadasının olduğu bildirilib.

Qeyd edək ki, fevralın 10-da gecə saatlarında İsrailin İrana məxsus pilotsuz uçan aparatı (PUA) ələ keçirdiyi və Suriya ərazisinə havadan zərbələr endirdiyinə dair məlumat yayılmışdı.

Hadisə rəsmi qaynaqlar tərəfindən təsdiqlənib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12