Honkonqda naməlum şəxs bıçaqla etirazçılara hücum edib, 6 nəfər yaralanıb - FOTO

Honkonqda naməlum şəxs bıçaqla etiraz aksiyasının iştirakçılarına hücum edib.

"Report"un məlumatına görə, bu barədə "South China Morning Post" bildirib.

Məlumata görə, hadisə Thay Qu regionunda baş verib.

Ticarət mərkəzinin yaxınlığında naməlum şəxs aksiyaçılarla siyasi mövzüda mübahisə edib. Mübahisə dava ilə nəticələnib və o, bıçaqla 6 nəfəri yaralayıb.

Qeyd edilir ki, xəsarət alanlar arasında rayon müşaviri də var. Cinayətkar onun qulağını dişləyərək xəsarət yetirib.

Bıçaqla silahlanan şəxs bundan sonra bir neçə nəfəri döyüb. Bu zaman bir nəfər onu qorumağa çalışıb. Lakin həmin şəxs də xəsarət alıb. O, polis tərəfindən saxlanılıb. 

Digər xəbərlər