Honkonq sahillərində neft tankeri yanıb, ölən var

Bakı. 8 yanvar. REPORT.AZ/ Honkonq sahillərində neft tankeri yanıb.

Bu barədə "Report" "South China Morning Post"a istinadən xəbər verir.

Hadisə yerinə fövqəladə xidmət işçiləri gəliblər. Yanğın nəticəsində 1 nəfər ölüb, 21 nəfər sudan xilas edilib.

"İlkin yoxlama partlayış baş verdiyini və bəzi insanların gəmidən suya düşdüyünü göstərib", - polis nümayəndəsi bildirib.

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45