Hindistan sahillərində güclü zəlzələ baş verib

Bakı. 25 yanvar. REPORT.AZ/ Hind okeanının Hindistanın şərq sahilləri yaxınlığında 5,9 maqnitudalı zəlzələ baş verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Mohean adasından 172 km aralıda qeydə alınıb. Onun ocağı yerin 10 km dərinliyində yerləşib.

Mümkün dağıntı və tələfat barədə məlumat yoxdur.

Digər xəbərlər