Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib

Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib.

“Report” xəbər verir ki, bu barədə “ARY News”a Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri məlumat verib.

Onun sözlərinə görə, Hindistan ordusunun hədəfi Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad olub. Vurğulanıb ki, hazırda raket zərbələri nəticəsində dəyən ziyan qiymətləndirilir.

General qeyd edib ki, Hindistanın xain hücumu cavabsız qalmayacaq.

KİV-in məlumatına görə, Bahavalpurda dörd partlayış qeydə alınıb, vətəndaşlar təşvişə düşərək evlərindən çıxıblar.

Digər xəbərlər

Tramp BBCni məhkəməyə verib 16 dekabr, 2025 / 07:20