Hələb sakinləri şəhərin azad edilməsi münasibətilə şənlik mərasimi keçiriblər - VİDEO

Bakı. 13 dekabr. REPORT.AZ/ Suriya hökuməti Hələb şəhərinə nəzarəti ələ alıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, şəhərin sakinləri küçələrə çıxaraq Hələbin silahlılardan azad edilməsi münasibətilə şənlik mərasimi keçiriblər.

Onların bir qismi əllərində prezident Bəşər Əsədin və ölkənin bayraqlarını dalğalandırıblar. Qeyd edək ki, son məlumatlarda şəhərin böyük hissəsinin silahlılardan azad edildiyi bildirilir. Məlumata görə, hazırda Hələb ərazisinin cəmi 2 faizi – 3 kvadrat kilometrə yaxın hissəsi silahlı qruplaşmaların nəzarəti altındadır.

Artıq şəhərin yaşayış məntəqələrinin minalardan təmizlənilməsi əməliyyatı da başlayıb. Silahlı qruplaşmalar şəhərin azad edilməsi ilə barədə məlumata hər hansı münasibət bildirməyiblər.  

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10