Hamburqda atışma olub, ölənlər var

Almaniyanın Hamburq şəhərində bazar gününə keçən gecə atışma olub və nəticədə iki nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Hadisə şahidləri yerli vaxtla saat 23:32 radələrində küçələrdən birində atışma olduğunu bildiriblər.

Polis iki kişinin cəsədini tapıb, onların hər ikisi aldıqları güllə yaralarından ölüb.

Xəbər lenti