Avropa Parlamenti ilk dəfə olaraq oktyabrın 9-da Avropa Komissiyasına iki etimadsızlıq votumu üzrə səs verəcək.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin nümayəndəsi bildirib.
Oktyabrın 6-da Avropa Komissiyasına qarşı iki etimadsızlıq üzrə dinləmələr keçiriləcək, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu iclasda çıxış edəcək. Səsvermə oktyabrın 9-da baş tutacaq", - o qeyd edib.
İfrat sol və sağ partiyalar, o cümlədən Florian Filipponun rəhbərlik etdiyi "Vətənpərvərlər" partiyası səsvermənin keçirilməsini tələb edirlər. Sağçılar Avropa Komissiyasının sədrini korrupsiyada, solçular isə "yaşıl gündəliyi" pozmaqda və Qəzza zolağındakı vəziyyətlə bağlı hərəkətsizlikdə ittiham edirlər.