Fumio Kişida yenidən Yaponiyanın Baş naziri seçilib

Yaponiyada Liberal Demokrat Partiyasının (LDP) sədri Fumio Kişida yenidən ölkənin Baş naziri seçilib.

“Report” TASS-a istinadən xəbər verir ki, səsvermənin nəticələri parlamentin saytında dərc olunub.

O, aşağı palatada 465 deputatdan 297-nin səsini qazanıb. Konstitusiya Demokratik Partiyasının lideri Yukio Edano isə 108 səs toplayıb.

F.Kişida yuxarı palatada da 141 səslə Y.Edanonu qabaqlayıb.

Digər xəbərlər