Fransada sanitar keçidlərə qarşı keçirilən etiraz aksiyalarında 175.5 mindən çox insan iştirak edib.
“Report” xəbər verir ki, bu barədə “BFMTV” telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Etirazlar Paris şəhəri də daxil olmaqla ölkənin bir çox şəhərində ardıcıl olaraq altıncı dəfə keçirilib.
Qeyd edək ki, iyul ayında Fransa Parlamentində təsdiq olunan koronavirusa qarşı mübarizə qanunu çərçivəsində bəzi ixtisas sahiblərinə peyvənd məcburiyyəti tətbiq edilib. Eyni zamanda müəyyən tədbirlərə, məkanlara girişdə peyvənd pasportu və ya neqativ PCR test nəticəsi tələb olunur.
Həmçinin sahibkarlara peyvənd vurdurmağı rədd edən işçilərin maaşlarını kəsmək icazəsi verilib.