Bakı. 3 sentyabr. REPORT.AZ/ Fransada İkinci Dünya Müharibəsindən qalmış iki bomba zərərsizləşdirilib.
"Report"un məlumatına görə, bu barədə "Parisien" qəzeti xəbər yayıb.
Xəbərdə bildirilir ki, hadisə ölkənin şimal-qərbində, Kan şəhərində baş verib.
Bombalar 200 kiloqram ağırlığında olub. Onlar yaxın aylarda məhv ediləcəklər.
Bombaların zərərsizləşdirilməsi zamanı 1200 nəfər ərazidən təxliyyə edilib.