Fransa poçt xidməti "La Poste"a məxsus "Maileva" platformasına edilən kiberhücum nəticəsində təxminən 22 milyon insanın fərdi məlumatları hakerlərin əlinə keçmiş ola bilər.
"Report"un "Agence France-Presse"ə (AFP) istinadən verdiyi məlumata görə, kiberhücum hələ sentyabrın ortalarında baş verib.
Kibercinayətkarlar "Maileva" platforması vasitəsilə korrespondensiya göndərilən insanların adlarına və poçt ünvanlarına çıxış əldə ediblər.
Xidmətdən təxminən 70 min müştəri istifadə edir. 2024-cü ildə platforma vasitəsilə 180 milyon sənəd göndərilib.
"La Poste"dan bildiriblər ki, insident barədə Fransanın İnformasiya Texnologiyaları və Vətəndaş Azadlıqları üzrə Milli Komissiyasını (CNIL) xəbərdar edib, həmçinin prokurorluğa ərizə təqdim ediblər.
Bundan əlavə, poçt xidməti məlumat sızmasından təsirlənən bütün şirkətlərə baş verənlər barədə məlumat verib.