Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi qadağan edilə bilər

Fransa Prezidenti Emmanuel Makron 15-16 yaşdan kiçik uşaq və yeniyetmələrin sosial şəbəkələrə çıxışını qadağan edən qanun layihəsinin qəbul edilməsini tələb etmək niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə o, Fransanın qərbindəki Sen-Malo şəhərində "Ouest-France" nəşrlərinin oxucuları ilə görüşündə bildirib.

"Biz bütün sosial şəbəkələrdən yaşın yoxlanılmasını və 15-16 yaş müəyyən edilməsini tələb edəcəyik. Deyəcəyik: bu yaşdan aşağı olan hər kəsin sosial şəbəkələrə daxil olması qadağan olunacaq", - Makron bildirib.

Makron müvafiq qanun layihəsinin ən qısa zamanda qəbulunu təmin etmək niyyətində olduğunu bildirib. Onun parlamentə təqdim edilməsi 2026-cı ilin əvvəlində gözlənilir.

"Mən açıq-aşkar öhdəlik götürə bilərəm ki, bu qanun mənim prezidentlik müddətim bitənə qədər qəbul olunacaq", - deyə o vurğulayıb.

Fransa lideri "Avstraliya modelinin ardınca" hərəkət etmək niyyətindədir: "Avstraliya artıq bunu edib və biz həddi 15 və ya 16 yaş olaraq təyin etmək istəyirik - bu hələ müəyyən edilməməlidir - çünki bu yaşda emosional yetkinlik formalaşır və beyin müəyyən inkişaf səviyyəsinə çatır. Bu yaşa qədər sosial şəbəkələrə girişdən çəkinmək lazımdır".

Digər xəbərlər

Bolqarıstan hökuməti istefa verib 11 dekabr, 2025 / 16:39