Bakı. 26 oktyabr. REPORT.AZ/ Fransa Paris yaxınlığında keçirilən konfransda terror təşkili cəhdinə görə İran diplomatını ölkədən çıxarıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı “Reuters” yayıb.
Bildirilib ki, iyunun 30-da keçirilən həmin konfransda, təxminən, 25 min nəfər iştirak edib.
Qeyd edək ki, Fransanın Daxili İşlər, Xarici İşlər və İqtisadiyyat nazirlikləri oktyabrın 2-də iki iranlı diplomatın - Əsədulla Əsədi və Səid Haşemi-Müqəddəmin bank hesablarının dondurulması barədə birgə bəyanatla çıxış ediblər.