Finlandiya Silahlı Qüvvələri Fin körfəzinin şərq hissəsində yerləşən Haminada və Kotka sahillərində hava və dəniz məkanından istifadəyə məhdudiyyətlər tətbiq edib.
"Report" xəbər verir ki, bu barədə "Yle" yazır.
Finlandiya Baş Qərargahında izah ediblər ki, bu cür tədbirlər preventiv xarakter daşıyır və Ukraynanın Rusiyadakı obyektlərə qarşı həyata keçirdiyi PUA hücumları ilə əlaqədardır. Hava və dəniz məkanının bağlanması zərurət yarandıqda hərbçilərin ölkə ərazisinə təsadüfən daxil ola biləcək pilotsuz uçuş aparatlarını (PUA) təhlükəsiz şəkildə zərərsizləşdirə bilməsi üçün lazımdır.