Filippində qəza nəticəsində ölənlərin sayı 43-ə çatıb

Filippində "Trisha Kerstin 3" adlı "Ro-Ro" tipli bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 43-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə yerli "GMA News" telekanalı sahil mühafizə xidmətinə istinadən məlumat yayıb.

Bazar ertəsi Basilan əyalətində Baluk adası yaxınlığındakı sularda daha üç nəfərin meyiti aşkarlanıb.

Digər xəbərlər

Tramp İranı hədələyib 26 iyul, 2026 / 03:34