İraqın Ərbil şəhərində hava hücumundan müdafiə vasitələri ötən gecə 20-dən çox pilotsuz uçuş aparatını (PUA) vurub.
"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ərbilin qubernatoru Omed Xoşnau bildirib.
O vurğulayıb ki, hücumlar nəticəsində ölən olmayıb:
"Hava hücumundan müdafiə sistemləri PUA-ların ələ keçirilməsi əməliyyatında iştirak edib. Bu isə hücumun tam şəkildə qarşısının alınmasına kömək edib".
Yerli mənbə bildirib ki, Ərbil əyalətinin səmasında partlayış səsləri eşidilib və bunun səbəbi dronların hədəflərinə çatmadan ələ keçirilməsidir.