Artıq dördüncü həftədir ki, Ukrayna paytaxtı Kiyevdə kəskin şaxtalı hava və Rusiyanın hücumları nəticəsində yaşanan enerji böhranı davam edir.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Kiyevdə havanın temperaturu -5 dərəcədən yuxarı qalxmır, daim qar yağır.
Kiyev şəhər hərbi administrasiyasından verilən məlumata görə, Rusiya ordusunun ardıcıl zərbələri nəticəsində paytaxtın Darnitskiy, Xarkovskiy, Desnyanskiy, Qoloseyevo, Şevçenko, Salomenka və Svyatoşino rayonlarında ciddi elektrik enerjisi və istilik çatışmır.
Ümumilikdə 2004 çoxmənzilli yaşayış binasında hələ də istilik təminatı bərpa olunmayıb.