​"Əl-Ərəbiyyə": "Yəmən Prezident Administrasiyasının rəhbəri oğurlanıb"

Bakı. 17 yanvar. REPORT.AZ/ "Yəmən Prezident Administrasiyasının rəhbəri Əhməd Avad ben-Mübarəki naməlum şəxslər oğurlayıb".

"Report" "əl-Ərəbiyyə" telekanalına istinadən xəbər verir ki, onlar dövlət məmurunu naməlum istiqamətə aparıblar. Telekanal hadisə ilə bağlı əlavə məlumat yaymayıb.

Xatırladaq ki, o, bu vəzifəyə ötən ilin oktyabrında təyin edilib.

Digər xəbərlər