Əfqanıstanda partlayış olub, 4 nəfər ölüb

Əfqanıstanın şimal-şərqində yerləşən Taxar əyalətində partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə yerli Əl-Cəzirə telekanalı məlumat yayıb.

Hadisə nəticəsində əyalət rəhbərlərindən biri və onun üç mühafizəçisi ölüb.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Digər xəbərlər