Əfqanıstanda NATO patrullarına hücum olub: bir hərbçi ölüb, ikisi yaralanıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ NATO-nun Əfqanıstandakı patrul xidmətinə silahlıların hücumu nəticəsində Rumıniyanın bir həbrçisi ölüb, ikisi xəsarət alıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu haqda NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” proqramı məlumat yayıb.

İnformasiyaya əsasən, içərisində partlayıcı qurğu olan maşın sentyabrın 15-də Qəndaharın beynəlxalq hava limanında partlayıb.

Hücumun məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.  

Digər xəbərlər