Əfqanıstanda leysan yağışlar nəticəsində 13 nəfər ölüb

Əfqanıstanın şərqindəki Nənqərhar vilayətində güclü yağışlar nəticəsində ən azı 13 nəfər həlak olub, daha 19 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Baxtar" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, qurbanların sayı zərər çəkmiş rayonlardan məlumatlar daxil olduqca dəyişə bilər. Hakimiyyət orqanları zərərçəkənlərə yardım göstərmək və dəyən ziyanın miqyasını qiymətləndirmək üçün əraziyə təcili yardım qrupları göndərib.

Ötən həftə vilayətin bir neçə rayonunda güclü yağışlar daşqınlara səbəb olub.

Digər xəbərlər