Əfqanıstanda BQXK-nın 6 əməkdaşı öldürülüb, 2-si itkin düşüb

Bakı. 8 fevral. REPORT.AZ/ Əfqanıstanın Cauzcan əyalətində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) 6 əməkdaşı öldürülüb, 2-si isə itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə məlumat təşkilatın “Twitter” səhifəsində yayılıb.

Hadisə ilə bağlı əlavə informasiya verilməyib.

Digər xəbərlər