Bakı. 2 yanvar. REPORT.AZ/ Əfqanıstanın Nəngərhar vilayətində baş verən döyüş zamanı bir amerikalı hərbçi ölüb, daha dördü isə yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Russia Today" "NBC News"a istinadən məlumat yayıb.
Məlumatda deyilir ki, döyüş yanvarın 1-də vilayətin Açin bölgəsində qeydə alınıb.