Rusiya-NATO Şurasının iclası yanvarın 12-nə planlaşdırılıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi brifinqdə deyib.
O vurğulayıb ki, NATO müttəfiqləri Rusiyaya qarşı prinsipial diplomatiyaya riayət etmək istəyində yekdildirlər.
"Alyans üzvləri Ukrayna ətrafındakı vəziyyətə aydın və ardıcıl yanaşmaya sadiqdir. Biz alyansı iki istiqamətdə birləşdirməyə çalışırıq - məhdudlaşdırma və diplomatiya", - Prays bildirib.