Avropa İttifaqı Rusiyadan qaz alışına Ukraynaya yardımdan daha çox vəsait ayırıb.
"Report" xəbər verir ki, bunu ABŞ Dövlət katibinin birinci müavini Kristofer Landau "X" sosial şəbəkəsində yazıb.
"Bilirsinizmi ki, 2022–2024-cü illər ərzində Avropa ölkələri faktiki olaraq Rusiyaya enerji daşıyıcılarının ödənişi üçün Ukraynaya verdiklərindən xeyli çox pul göndəriblər?" - Departament rəsmisi paylaşımda qeyd edib.
Bundan əvvəl dekabrın 3-də Avropa İttifaqı Şurası və Avropa Parlamenti 2027-ci ilə qədər Rusiyadan təbii qaz idxalından mərhələli imtina ilə bağlı ilkin razılaşma imzalayıb.