NATO ölkələri Ukraynaya silah tədarük etmək vədlərini yerinə yetirməlidir.
"Report"un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu Danimarkanın Baş naziri Mette Frederiksen Münxen Təhlükəsizlik Konfransında panel müzakirəsi zamanı deyib.
"Mən bir neçə ildir ki, dəfələrlə demişəm: xahiş edirəm, Ukrayna üçün qırmızı xətləri aradan qaldırın. Bəzi müttəfiqlər buna qarşı olsalar da, Ukraynaya verilə biləcək ən yaxşı şey NATO-ya üzvlükdür. Əgər onlar NATO-nun üzvü olsaydılar, biz Ukraynada heç vaxt müharibə etməzdik", - o bildirib.
Frederiksen Ukraynaya silah tədarükünün vacibliyini də vurğulayıb: "Keçən il müttəfiqlər Vaşinqtonda Ukraynaya ən azı altı və ya yeddi hava hücumundan müdafiə sistemi verəcəklərini vəd ediblər. Hava hücumundan müdafiə olmadan ölkəni qoruya bilməzsiniz".