Bakı. 14 oktyabr. REPORT.AZ/ Oktyabrın 14-nə keçən gecə Çinin Quandun əyalətinin Şantou şəhər dairəsində yaşayış binasında baş vermiş yanğın nəticəsində 5 nəfər ölüb, daha 8-i yaralanıb.
“Report” xəbər verir ki, binanın birinci mərtəbəsində Çin daması oyunları üçün klub fəaliyyət göstərib. Müəssisənin qapıları bağlı olduğundan insanlar bayıra çıxa bilməyiblər.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. İlkin fərziyyəyə görə, yanğını hazırda saxlanılan 54 yaşlı kişi törədib.
Bundan əvvəl Nigeriyada neft kəmərində yanğın nəticəsində 19 nəfər ölüb.