Çində güclü qar yağması nəticəsində 13 nəfər ölüb

Bakı. 5 yanvar. REPORT.AZ/ Çinin şərqində yerləşən Anhoy əyalətinə son günlər qar yağması nəticəsində azı 13 nəfər həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü yerli televiziya məlumat yayıb.

Yanvarın 3-də bu əyalətə yağmağa başlayan qar son 10 ilin ən güclü yağıntısı hesab olunub. Təbiət hadisəsindən artıq 1,06 milyon nəfər zərər çəkib. Dəyən birbaşa iqtisadi ziyan 190 milyon dollardır.

Digər xəbərlər