Bakı. 29 avqust. REPORT.AZ/ Çində gəmi qəzaya uğrayıb.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, hadisə ölkənin cənubundakı Quandun vilayətinin sularında baş verib. Gəminin Beyçzyan çayında batması nəticəsində 7 nəfər həlak olub. Onların cəsədləri sudan çıxarılıb.
Çinin hakimiyyət orqanları faktla bağlı təhqiqat aparır. Hadisənin təfərrüatı açıqlanmır.