Çində ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Bakı. 30 iyun. REPORT.AZ/ Çində baş verən yol qəzasında 18 nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sina" portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Pekin-Honkonq magistral yolunda, Xunan vilayətində qeydə alınıb. Sərnişin avtobusunun digər avtomobillə toqquşması nəticəsində daha 14 nəfər xəsarət alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəbini araşdırır, təhqiqat aparılır. 

Digər xəbərlər