Si Cinpin: Çin Tailandla strateji əlaqələri gücləndirməyə hazırdır - YENİLƏNİB

Çin növbəti 50 ildə daha böyük tərəqqiyə nail olunması məqsədilə Tailandla strateji münasibətləri gücləndirməyə hazırdır.

"Report" CCTV telekanalına istinadən xəbər verir ki, bunu Çin sədri Si Cinpin Tailand kralı Maxa Vaçiralonqkornla görüşü zamanı bildirib.

Çin lideri strateji əməkdaşlığı gücləndirməyə çağırıb və iri layihələrin, məsələn, dəmir yolunun inşasının həyata keçirilməsini təşviq etməyə, Tailanddan kənd təsərrüfatı məhsullarının idxalını genişləndirməyə, həmçinin süni intellekt, rəqəmsal iqtisadiyyat və aerokosmik sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu qeyd edib.

M.Vaçiralonqkorn isə Tailandın müxtəlif sahələrdə Çinin təcrübəsini fəal şəkildə öyrənməyə hazır olduğunu vurğulayıb.

Çin sədri Si Cinpin bu gün Tailand kralı Maha Vaçiralonqkornla görüşüb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Tailand kralı noyabrın 14-19-da Çində səfərdə olacaq.

Digər xəbərlər