Çexiyanın keçmiş baş naziri prezidentliyə namizədliyini irəli sürəcək

Çexiyanın keçmiş baş naziri, milyarder Andrey Babiş prezidentliyə namizəd olmaq niyyətində olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə siyasətçi feysbukda yazıb.

“Mən Çexiya Prezidenti postuna namizədliyimi irəli sürəcəyəm”, - o qeyd edib.

Qeyd edək ki, ölkənin hazırkı rəhbəri Miloş Zemanın mandatı 2023-cü il martın 8-də, ikinci beşillik səlahiyyət müddəti sona çatdıqda başa çatır. Çexiya qanunvericiliyinə görə, Zeman artıq prezident seçkilərində iştirak üçün müraciət edə bilməz.

Digər xəbərlər