Çexiyada magistral yolda 40 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
"Report" xəbər verir ki, bu barədə ČTK xəbər agentliyi məlumat yayıb.
Qəza Çexiyanın cənub-şərqindəki Brno şəhəri yaxınlığında qeydə alınıb. Magistral yolda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Hadisə nəticəsində iki nəfər yaralanıb.
Qəzaya səbəb kimi dumanlı hava şəraiti göstərilir.