Çe Gevaranın bacısı vəfat edib

İnqilabçı Ernesto Çe Gevaranın bacısı, Buenos Ayres Universitetinin memar və tədqiqatçısı Seliya Qevara de la Serna çərşənbə axşamı 94 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə "El País" qəzeti məlumat yayıb.

Onun ölüm səbəbi və şəraiti açıqlanmayıb.

"Mən Latın Amerikasının ən böyük inqilabçı liderinin bacısı olduğum üçün çox qürur duyuram", - Seliya Gevara de la Serna sağlığında deyib. "Ancaq həyat çox keçicidir və heç kim əfsanənin yaddaşını inkişaf etdirməklə məhdudlaşa bilməz və bunu istəmir", - qadın ölümündən daha əvvəl vurğulayıb.

Çe Gevaranın bacısı Buenos Ayresin şimal ərazilərinin urbanizasiyası üzərində işləyib. Bundan əlavə, bəzi sosial problemlərin həlli ilə də məşğul olub.

Digər xəbərlər