CAR-da qaz xəttində partlayış olub, onlarla yaralı var

Cənubi Afrika Respublikasının ən böyük şəhərlərindən biri olan Yohannesburqun mərkəzində qaz xəttində baş verən partlayışda yaralananların sayı 48-ə çatıb, 1 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.

Qeyd edək ki, hadisə iyulun 19-un ikinci yarısında Bree küçəsində qeydə alınıb. Hadisə yolun bir hissəsinin dağılmasına səbəb olub.

Yaralılardan səkkizi ağır vəziyyətdə xəstəxanadadır.

Partlayışın səbəbini müəyyən etmək üçün müvafiq araşdırma aparılır.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10