Cənubi Afrika Respublikasında pikapın mikroavtobusa çırpılması nəticəsində 6 nəfər ölüb, daha 7 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Beş sərnişini olan pikap mikroavtobusun arxasına çırpılıb, daha sonra çevrilib. Pikapın arxasında olan 5 nəfər yerindəcə dünyasını dəyişib. Bundan əlavə, mikroavtobusun sərnişini də ölüb.