CAR-da pikap mikroavtobusa çırpılıb, ölən və yaralananlar var

Digər ölkələr
  • 25 iyun, 2023
  • 04:48
CAR-da pikap mikroavtobusa çırpılıb, ölən və yaralananlar var

Cənubi Afrika Respublikasında pikapın mikroavtobusa çırpılması nəticəsində 6 nəfər ölüb, daha 7 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Beş sərnişini olan pikap mikroavtobusun arxasına çırpılıb, daha sonra çevrilib. Pikapın arxasında olan 5 nəfər yerindəcə dünyasını dəyişib. Bundan əlavə, mikroavtobusun sərnişini də ölüb.

Son xəbərlər

Bütün Xəbər Lenti