ABŞ Avropanı "Starlink"ə qarşı məhdudiyyətlərə görə sarsıdıcı cavabla hədələyib

ABŞ-nin Aİ-dəki səfiri Endryu Pazder Brüsselin "SpaceX" kimi Amerika şirkətlərinin Avropa bazarına çıxışını məhdudlaşdırmaq planlarını davam etdirəcəyi təqdirdə Avropa şirkətləri üçün ağır nəticələrlə bağlı xəbərdarlıq edib.

"Report"un məlumatına görə, o, bu barədə "Financial Times" qəzetinə müsahibəsində bildirib.

E.Pazder Avropa müəssisələrinin cavab tədbirlərindən qorxub-qorxmaması ilə bağlı suala Amerika bazarının ölçüsünü nəzərə alaraq, "bu baş verə bilər və bu şirkətlər üçün sarsıdıcı nəticələrə səbəb olacaq", - deyib.

Səfir hesab edir ki, ABŞ-nin bu yarışda qalib gəlmək üçün lazım olan hər şey var: "Lakin biz Avropa ilə mübarizə aparmaqdansa, əməkdaşlıq etsəydik, bu daha asan olardı".

Xəbərdarlıq Avropa Komissiyasının peyk rabitəsi üçün tezliklərin birbaşa smartfonlara ayrılması qaydalarını dəyişdirmək planları fonunda gəlir. Təklifdə 2 GHz spektrinin bir hissəsi dövlət xidmətlərinə, qalan hissəsi isə kommersiya xidmətlərinə ayrılması nəzərdə tutulur. Eyni zamanda, kommersiya spektrinə çıxış Avropa operatorlarına üstünlük verəcək şəkildə tənzimlənəcək ki, bu da "Starlink" şəbəkəsini idarə edən "SpaceX" də daxil olmaqla Amerika və Çin şirkətlərinin imkanlarını məhdudlaşdıra bilər.

Digər xəbərlər