Burkino-Fasoda silahlıların yeni hücumu zamanı 10 əsgər həlak olub

Burkino-Fasonun şimalında silahlıların yeni hücumu nəticəsində 10 hərbi qulluqçu öldürülüb.

“Report” “RT”yə istinadən xəbər verir ki, Namssiqi hərbi patruluna qarşı hücum çərşənbə axşamından çərşənbə gününə keçən gecə baş verib.

Məlumata görə, Sum əyalətinin Hallale ərazisində pusquya düşən hərbçilər on nəfər itki verib.

Qeyd edək ki, ötən gün Burkino-Fasoda silahlıların hücumu zamanı ümumilikdə 115 nəfər həlak olub.

Digər xəbərlər