Braziliyada dambanın dağılması nəticəsində 115 nəfər ölüb

Bakı. 2 fevral. REPORT.AZ/ Braziliyanın Minas-Jerays ştatında, son məlumatlara görə, dağ-mədən şirkətinə məxsus bəndin dağılması nəticəsində 115 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Globo" məlumat yayıb.

Bildirilir ki, daha 248 nəfər itkin düşmüş hesab olunur.

Hadisə yerində xilasetmə işləri davam etdirilir.

Daha əvvəl 110 nəfərin öldüyü məlum idi.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10