Avropa İttifaqı (Aİ) Şurası martın 18-də Aleksey Navalnının ölümü ilə bağlı Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləmək niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell bildirib.
“Nazirlər bu gün A.Navalnının ölümü ilə bağlı Rusiyaya qarşı yeni sanksiyaları təsdiq edəcəklər və mən həm də HƏMAS-a, həm də israilli ekstremistlərə qarşı sanksiyaların təsdiqlənəcəyinə ümid edirəm”, - o vurğulayıb.