“Sudanda atəşkəs rejiminə tam əməl edilmir”.
"Report" xəbər verir ki, bunu BMT Baş katibinin nümayəndəsinin müavini Fərhan Haq deyib.
"Aydındır ki, hələ də döyüşlər davam edir. Mən artıq BMT-nin Ümumdünya Ərzaq Proqramının Xartumdakı ofisinin talan edilməsini qeyd etmişəm", - Haq bildirib.
Sudanın Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə döyüşlər başlayandan 600-dən çox insan ölüb. O vaxtdan bir neçə dəfə atəşkəs yaratmağa cəhd edilib.