BMT: Sudanda 33 milyondan çox insanın humanitar dəstəyə ehtiyacı var

Sudandakı müharibənin üçüncü ilində təxminən 33,7 milyon insanın humanitar dəstəyə ehtiyacı var.

"Report" xəbər verir ki, bu məlumat BMT-nin "X" sosial şəbəkə hesabında yayılıb.

"Sudan xalqının sülhə ehtiyacı var, onların evlərinə təhlükəsiz şəkildə qayıda bilmələri lazımdır", - paylaşımda bildirilib.

BMT daha əvvəl qeyd edib ki, Sudanda döyüşlər davam etdiyi üçün Çad hazırda 1,3 milyon sudanlı qaçqına ev sahibliyi edir.

Xatırladaq ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində gərginləşib. Buna səbəb Suveren Şuraya (müvəqqəti idarəetmə orqanı) rəhbərlik edən Əbdül Fəttah əl-Burhanla Çevik Reaksiya Qüvvələrinin komandanı Məhəmməd Həmdan Daqalo arasında ziddiyyətlərin yaranmasıdır. Xartumda başlayan toqquşmalar ölkənin başqa bölgələrinə də yayılıb.

Ekspertlərin fikrincə, münaqişə nəticəsində azı 40 min nəfər ölüb, 14 milyon insan evlərini tərk etməli olub.

Digər xəbərlər