BMT: Rusiya Şimali Koreyaya neft tədarükünü bərpa edib

Rusiya 2020-ci ildən bəri ilk dəfə Şimali Koreyaya neft tədarükünü bərpa edib.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilir.

Məlumata görə, 2022-ci ilin dekabrından bu ilin aprel ayına qədər Rusiya Federasiyası KXDR-ə təxminən 67 min barel neft tədarük edib.

Bundan əvvəl Rusiya 2020-ci ilin oktyabrında Şimali Koreyaya neft tədarükünü dayandırmışdı. BMT-nin hesabatında Rusiyanın Şimali Koreyaya nefti necə tədarük etdiyi göstərilmir.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12