BMT-nin yeni büdcəsi 5,57 milyard dollar təşkil edəcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ Pan Gi Mun təşkilatın büdcəsinin 5,57 milyard dollar həcmində qəbul olunmasını təklif edib. “Report”un TASS agentliyinə istinadən verdiyi məlumata görə, BMT-nin baş katibi Pan Gi Mun 2016-2017-ci illər üçün BMT büdcəsinin layihəsini Baş Assambleyanın müzakirəsinə çıxarıb.

Pan Gi Mun təşkilatın büdcəsinin 5,57 milyard dollar həcmində qəbul olunmasını təklif edib.

Bu rəqəm təşkilatın hazırki iki illik büdcə göstəricisindən 90,8 milyon dollar yəni 1,6 faiz azdır.

Xatırladırıq ki, 2014-2015-ci illərdə BMT-nin büdcəsi 5,5 milyard dollar təşkil edib.

Yeni büdcə layihəsi cari ilin sonunadək təsdiq edilməlidir.

Digər xəbərlər