Sudanda avtovağzala PUA zərbəsi nəticəsində 80-ə yaxın insan ölüb

Sudanın Kordofan regionundakı Əl-Dibab şəhərində oktyabrın 18-i axşam saatlarında avtovağzala pilotsuz uçuş aparatı (PUA) ilə endirilən zərbə nəticəsində 80-ə yaxın insan ölüb.

"Report" AFP-yə istinadən xəbər verir ki, ölənlərin əksəriyyəti yük maşınları ilə evlərinə qayıtmaq üçün nəqliyyat vasitəsi gözləyirdi.

Məlumata görə, yaralanan 47 nəfər qonşu yaşayış məntəqəsinə çatdırılıb.

Bundan əlavə, bazar ertəsi Xartum hava limanından şərqdə yerləşən Naser-Ekstenşn rayonunda yaşayış evinə PUA zərbəsi nəticəsində 4 nəfər, o cümlədən 2-6 yaşlarında 3 uşaq ölüb.

Sudan ordusundakı mənbənin məlumatına görə, hərbi hava hücumundan müdafiə qüvvələri Xartum hava limanına və ətraf ərazilərə hücum etməyə cəhd edən, Çevik Reaksiya Qüvvələrinin hərbiləşdirilmiş birləşmələri tərəfindən buraxılan PUA-nı vurub.

Digər xəbərlər