Avstraliyada müstəqil deputat Helen Heyns Melburndan şimal-şərqdə, Vanqaratta şəhərindəki ofisinin yaxınlığında avtomobil sürücüsünün onu qəsdən vurması nəticəsində yaralanıb.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Viktoriya ştatının polisi və Avstraliyanın Baş naziri Entoni Albaneze məlumat verib.
Polisin məlumatına görə, hadisədən sonra 43 yaşlı şübhəli şəxs saxlanılıb. Baş vermiş hadisənin təfərrüatları araşdırılır.
Mətbuat konfransında çıxış edən Albaneze zərərçəkmişə, onun ailəsinə, dostlarına, həmkarlarına və yerli ictimaiyyətə dəstəyini ifadə edib.
Viktoriya ştatı polisinin superintendantı vəzifəsini icra edən Eşli Meyson əhali üçün daha heç bir təhlükə olmadığını bildirib.