Albaniyanın paytaxtı Tiranada etirazçıların polis bölməsinə hücumu nəticəsində on polis əməkdaşı yaralanıb.
"Report"un yerli ATA agentliyinə istinadən məlumatına görə, bu barədə Albaniya Milli Polisinin rəisi Skender Hita xəbər verib.
"Maskalı hücumçular "Molotov" kokteyli, pirotexnik vasitələr, daş, digər ağır əşyaları binaya və əməkdaşlara atıblar", - o deyib.
Albaniya paytaxtında iğtişaşlar 13 oktyabrdan davam edir. Tələbələrin yüksək təhsil haqqı və pis təhsil şəraitinə qarşı etirazları hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalara çevrilib. Təhlükəsizlik qüvvələri su şırnaqlarından, gözyaşartıcı qazdan və rezin güllələrdən istifadə edib.
Etirazlar zamanı 130-dan çox polis əməkdaşı da daxil olmaqla 200-dən çox insan yaralanıb.