Belçika Çexiya Prezidenti Peter Pavelin təşəbbüsünə qoşularaq Ukraynaya 200 milyon avro dəyərində silah-sursat yardımı göstərəcək.
"Report" xəbər verir ki, bu barədə Belçika Krallığının xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Hadja Lahbib "X"də yazıb.
O bildirib ki, nə qədər lazımdırsa Ukraynaya dəstək göstərəcəklər:
"Ukraynanın azadlıq mübarizəsi həm də dəyərlərimizə hörmət etmək və təhlükəsizliyimizi təmin etməkdir".